İQTİSADİYYAT


İşçi üçün ödənilən kirayə haqqından sosial sığorta haqqı hesablanırmı?

Bakı, 23 may, AZƏRTAC

Müəssisə işçinin kirayə haqqını birbaşa kirayə verənin bank hesabına nağdsız qaydada ödəyir. Bu məbləğə sosial sığorta haqqı hesablanmalıdırmı?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, işəgötürən tərəfindən işçinin kirayə haqlarının üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunmuş gəlir məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlərə aid edilmir və sosial sığorta haqqına cəlb olunmur.

Həmçinin nəzərə alınmalıdır ki, işçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.