İDMAN


İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək Azərbaycanın kişi və qadın həndbolçularının rəqibləri bəlli olub

Bakı, 5 iyul, AZƏRTAC

V İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək Azərbaycanın kişi və qadın həndbolçularının rəqibləri bəlli olub.

AZƏRTAC xəbər verir ki, İslamiadada çıxış edəcək kişilərdən ibarət millimizin 7 ölkənin (Səudiyyə Ərəbistanı, Qətər, İraq, Türkiyə, İran, Azərbaycan və Mərakeş) iştirak edəcəyi yarışda artıq rəqibləri dəqiqləşib.

Komandamız püşkün nəticəsinə əsasən Türkiyə və İran milliləri ilə B qrupunda qüvvəsini sınayacaq.

İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadınlardan ibarət millimiz isə püşkün nəticəsinə əsasən İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.

Qadınların yarışında A qrupunda Özbəkistan, Türkiyə, Seneqal, Banqladeş və Qətər milliləri mübarizə aparacaqlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.