İDMAN
İslamiada: Tennis üzrə kişi cütlüklərin yarışında qızıl medala Türkiyə atletləri sahib olublar
Bakı, 21 may, Elvin Camalov, AZƏRTAC
Mayın 21-də “Bakı-2017”də tennis üzrə kişilərdən ibarət cütlüklərin yarışında Türkiyə təmsilçiləri qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, qızıl medal uğrunda Türkiyəni təmsil edən Altuğ Çelikbilek-İlhan Sarp Ağabigün dueti Amal Sultanbekov-Saidalo Saidkərimov cütlüyü (Özbəkistan) üzərində qələbə qazanıb - 6:2, 6:2.
Bürünc medal uğrunda görüşdə isə Mərakeş təmsilçiləri Amin Ahuda-Ayoub Çakrouni dueti Merzuki Məhəmməd Əssar-Abdul Razak Əhməd (Malayziya) cütlüyünü məğlub edib - 4:6, 6:3, 1:0 (7). Bu qələbə sayəsində Mərakeş təmsilçiləri İslamiadanın bürünc medalına sahib olublar.
Beləliklə, İslamiadada kişilər arasında tennis üzrə cütlüklərin yarışında ilk üç yeri Türkiyə, Özbəkistan və Mərakeş təmsilçiləri tutublar.
Mükafatlandırma mərasimində qaliblərə medalları İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar təqdim edib.
Çempion komandanın şərəfinə Türkiyənin dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.