ELM VƏ TƏHSİL
İsmayıllı Peşə Tədris Mərkəzində yerli fermerlərlə görüş təşkil olunub
Bakı, 19 aprel, AZƏRTAC
İsmayıllı Peşə Tədris Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində yerli fermerlərlə görüş keçirilib.
Peşə Tədris Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi mərkəzdə təhsil alan tələbələrin istehsalat təcrübəsini təmin etməkdir.
Görüşdə Almaniyalı kənd təsərrüfatı üzrə iqtisadçı professor Bernard Nörr də iştirak edib.
Xatırladaq ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində icra olunur.