REGİONLAR


İsmayıllı heyvandarları yarım ili bir sıra uğurlu nəticələrlə başa vurublar

İsmayıllı, 13 iyul, AZƏRTAC

İsmayıllı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda cari yarımillikdə bir sıra uğurlu nəticələr qazanılıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu ilin ilk 6 ayında İsmayıllıda diri çəkidə 2705 ton ət istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövründəkindən 5 ton çoxdur. Süd istehsali da 38 ton artaraq 18 min 615 tona, yumurta istehsal 32 min ədəd çoxalaraq 8 milyon 619 min ədədə çatıb. Yarım ildə 360 ton yun istehsal olunub.

Qeyd edək ki, hazırda bölgədə heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər tərəfindən 41 min 938 baş iribuynuzlu mal-qara, 15 min 470 baş davar bəslənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.