REGİONLAR


İsmayıllıda COVID-19 xəstəsi bazarda aşkarlanıb

Bakı, 18 aprel, AZƏRTAC

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhər sakini Bəhruz Dünyamalıyevə sosial izolyasiya qaydalarına riayət edərək yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, o, polis əməkdaşları tərəfindən insanların hərəkətinin intensiv olduğu bazar ərazisində saxlanılıb. Həmin şəxslə izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə geri qaytarılıb.

İnfeksiyanın yayılmasına şərait yaradan B.Dünyamalıyev barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.