REGİONLAR
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var VİDEO
İsmayıllı, 27 fevral, AZƏRTAC
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə İsmayıllı-Qaraməryəm yolunda olub. Belə ki, hərəkətdə olan 90SZ872 nömrəli "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və səkiyə çırpılıb. Hadisə zamanı avtomobildə olanlardan 3 nəfəri sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə gələn FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları sıxılı vəziyyətdə qalan vətəndaşları avtomobildən çıxarıblar. Onlar təcili tibbi yardım maşını ilə rayon xəstəxanasına aparılıblar. Həkimlərin səyinə baxmayaraq 1999-cu il təvəllüdlü Yunis Mirzağa oğlu Məmmədov dünyasını dəyişib. Müxtəlif bədən xəsarətləri alan digər sərnişinlər -1999-cu il təvəllüdlü Toğrul Elşən oğlu Hacıyev, 1996-cı il təvəllüdlü Taleh Qənimət oğlu Məsimli, 1999-cu il təvəllüdlü Mətin Elçin oğlu Zeynalova lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalar aparılır.