CƏMİYYƏT


İspaniya əhalisinin əksəriyyəti gələn ilin iyul ayınadək peyvəndlənəcək

Madrid, 21 noyabr, AZƏRTAC

İspaniyanın Baş naziri Pedro Sançes bəyan edib ki, artıq onun ölkəsi Almaniya ilə birlikdə Avropa İttifaqında ilk olaraq 2021-ci ilin iyul ayınadək əhalinin böyük əksəriyyətini peyvənd etməyə tam hazırdır. Koronavirus əleyhinə peyvənd kampaniyası gələn çərşənbə axşamı Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Pedro Sançes İspaniya iqtisadiyyatının “La-Rioxa” Muxtar İcmasında bərpa, transformasiya və dayanıqlılıq planının təqdimatı zamanı məlumat verib.

İspan hökumətinin başçısı onu da söyləyib ki, yeni mütəxəssislərin hazırlanması və bütün muxtar icmalarda səhiyyə xidmətinin gücləndirilməsi məqsədilə tibb universitetlərində təhsil yerlərinin sayının daha 10 min nəfər artırılması planlaşdırılır.

İspaniya, COVID-19 pandemiyasından ən çox zərər çəkmiş ölkələrdən biridir. Qeyd edək ki, ölkədə 1 milyon 541 min 574 koronavirusa yoluxma faktı aşkarlanıb, 42 min 291 nəfər isə bu xəstəlikdən həyatını itirib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.