DÜNYA


İspaniya parlamenti karantin müddətinin iyunun 6-dək uzadılmasına icazə verib

Madrid, 21 may, AZƏRTAC

İspaniya parlamenti yeni koronavirusa qarşı mübarizə məqsədilə martın 15-dən qüvvədə olan karantinin müddətinin daha iki həftə, yəni iyunun 6-dək uzadılması təklifini bəyənib.

AZƏRTAC xəbər verir ki, İspaniyanın Baş Naziri Pedro Sançes karantinin rejiminin beşinci dəfə, lakin daha yumşaq formada uzadılmasına Konqresin razılığını alıb.

P.Sançesin sözlərinə görə, bu, virusun yayılmasını dayandırmağın yeganə mümkün üsuludur. Baş Nazir əminliklə deyib ki, əgər bu strategiyaya riayət edilməsəydi, İspaniyada yoluxanların sayı 30 milyona, ölənlərin sayı isə 300 minə çatardı.

İspaniya COVID-19 pandemiyasından ən güclü zərərçəkmiş ölkələrdən biridir. Burada yoluxanların sayı 279.524, ölənlərin sayı isə 27.888 nəfərə çatıb.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.