CƏMİYYƏT


İspaniya plastikdən hazırlanan məhsullara görə “yaşıl” vergi tətbiq etmək niyyətindədir

Madrid, 3 iyun, AZƏRTAC

İspaniya vergiqoymanın köməyi ilə ekologiya problemlərinə, o cümlədən plastik kütlədən hazırlanan məhsullardan istifadəyə qarşı mübarizəyə başlamaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, “yaşıl” vergi ildə 724 min avro toplamağı nəzərdə tutur. Hökumət bu barədə qanunun 2021-ci ilin birinci yarısında qəbul edilməsini planlaşdırır.

“Yaşıl” qanunun məqsədi 2030-cu ildə ölkədə əmələ gələn bütün tullantıların miqdarını 2010-cu ilin göstəriciləri ilə müqayisədə 15 faiz azaltmaqdır. Bununla da İspaniya Avropa təsisatlarının plastik tullantılara qarşı bir neçə il bundan əvvəl başladıqları mübarizəyə qoşulacaq. Hesablamalara görə, okeanlara hər il 8 milyon ton plastik atılır.

Ölkənin vitse-prezidenti və ekoloji keçid və demokratik çağırışlar naziri Teresa Riberanın sözlərinə görə, 2021-ci ilin iyulundan İspaniyada birdəfəlik plastik məhsulların satışı qanunla qadağan olunacaq. Həmçinin tərkibində mikroplastiklər olan kosmetik və yuyucu vasitələr də qadağan ediləcək. Bar və restoranlar müştərilərə pulsuz kran suyu təklif etməyə məcbur olacaqlar. Bu, İspaniyanın qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verəcəyi tədbirlərdən biridir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.