İDMAN


İspaniya təmsilçisi: İdman mənim üçün bir ilham mənbəyidir və həyatımı ona sərf etmək istəyirəm

Bakı, 26 iyul, AZƏRTAC

15 yaşım var. Artıq 7 yaşımdan atletika ilə məşğul olmağa başlamışam. Bu günə qədər İspaniyanın ən vacib yarışlarında, 2019-cu ildə isə Qlazqo şəhərində keçirilən Atletika üzrə Avropa Çempionatında iştirak etmişəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının qızlar arasında maneələrlə qaçış üzrə qızıl medal mükafatçısı, ispaniyalı Salma Seleste Paralluelo deyib.

“Bu yarışda qalib gəlmək heç də asan olmadı. Finalda ən çətin rəqibim Norveç və alman təmsilçiləri oldu. İdman mənim üçün bir ilham mənbəyidir və həyatımı ona sərf etmək istəyirəm”, -deyə idmançı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.