Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İspaniyada Azərbaycanın xarici siyasətinin prioritetlərinə dair seminar təşkil olunub

Madrid, 25 dekabr, AZƏRTAC

İspaniyanın beynəlxalq münasibətlər və diplomatiya sahəsində tanınmış araşdırma institutlarından sayılan Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondun təşəbbüsü və təşkilatçılığı ilə Madrid şəhərində Azərbaycanın xarici siyasətinin prioritetləri mövzusunda seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fond İspaniya Krallığı Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi, Müdafiə Nazirliyi, habelə Strateji Araşdırmalar İnstitutu və Barselona şəhərində yerləşən “Abat Oliba CEU” Universiteti ilə sıx əməkdaşlıq edir. Fond tərəfindən adı çəkilən qurumların əməkdaşları və qeyd olunan təhsil müəssisələrinin tələbələri üçün beynəlxalq münasibətlər, diplomatiya və idarəçilik sahələrində magistr proqramı, ixtisasartırma kursları, konfranslar və “dəyirmi masa”lar, habelə digər ölkələrin xarici siyasət prioritetləri ilə bağlı məlumat xarakterli seminarlar təşkil olunur.

Fondun prezidenti Xose Mariya Alveres de Eulate i Penyaranda bu məqsədlə seminara dəvət olunmuş Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovu salamlayıb, Azərbaycanın özünün coğrafi mövqeyi, təbii resursları və insan kapitalı ilə hazırda yüksək sürətlə inkişaf edən, yerləşdiyi regionun lider ölkəsi olduğunu bildirib. Qeyd edilib ki, Avropa İttifaqı, o cümlədən İspaniya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Səfir Anar Məhərrəmov seminarda çıxış edərək 2018-ci ilin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını, məhz 100 il əvvəl müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını qeyd edib, Cümhuriyyətin mövcud olduğu dövr ərzində əldə edilmiş nailiyyətlərdən ətraflı bəhs edib. Dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, dövlət himninin, bayrağının və gerbinin təsis edilməsinin, bir çox qərbi Avropa ölkələrindən daha əvvəl qadınların seçki hüququnun təmin olunmasının Azərbaycan tarixində yeni şərəfli səhifə açdığı seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda bütün sahələrdə inkişafa nail olunduğu, ölkəmizin Sovet İttifaqının qabaqcıl respublikalarından birinə çevrildiyi qeyd edilib.

Səfir bildirib ki, 1991-ci ildə ölkəmiz öz müstəqilliyini bərpa edərkən çətin siyasi vəziyyətlə üzləşib, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. A. Məhərrəmov bu ağır dövrdə Azərbaycan xalqının istəyi ilə ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtdığını və bununla da ölkə tarixində yeni parlaq dövrün başlandığını vurğulayıb.

Qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə siyasi sabitlik bərqərar edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə olunub (1994), 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində ölkəyə irimiqyaslı investisiyalar cəlb edilib, Azərbaycan mötəbər beynəlxalq və regional təşkilatların tam hüquqlu üzvünə çevrilib, respublikada bütün sahələrdə əsaslı islahatlar həyata keçirilib. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirib.

Səfir vurğulayıb ki, Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq arenada nüfuzu və rolu artmaqdadır.

Səfir çıxışında Azərbaycan Respublikasının təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələrinə toxunaraq, ölkədə iqtisadiyyatın şaxələndirilməsi, turizmin təşviqi, habelə respublikamızın ev sahibliyi etdiyi Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Formula 1 Azərbaycan Qran Prisi kimi mühüm beynəlxalq tədbirlərin uğurla təşkil olunduğunu qeyd edib. O, TAP, TANAP layihələri, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin fəaliyyətə başlaması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının regionun əsas nəqliyyat və logistika qovşağına çevrilməsi, “ASAN xidmət” vasitəsilə elektron vizaların qısa müddətdə əldə edilməsi barədə seminar iştirakçılarını ətraflı məlumatlandırıb.

İspaniya-Azərbaycan əlaqələrinə toxunan səfir, ölkələrimiz arasında dostluq münasibətlərinin bu gün uğurla davam etdirildiyini deyib. Vurğulayıb ki, İspaniya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birini dəstəkləyir, bir çox məsələlərdə hər iki ölkənin mövqeyi üst-üstə düşür. İspaniya Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu açıq şəkildə bəyan edir. A.Məhərrəmov bildirib ki, 2005-ci ildə Azərbaycanın İspaniyada səfirliyi, 2014-cü ildə isə İspaniyanın Azərbaycanda nümayəndəliyi təsis edilib, 2017-ci ildə Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunub.

Çıxış zamanı ölkəmizə aid fotoşəkillər də təqdim olunub.

Keçirilən seminardan məmnun qalan Fondun rəhbərliyi və tələbələr seminarın maraqlı keçərək onlarda xoş təəssürat yaratdığını bildiriblər. Fondun prezidenti Xose Mariya Alveres de Eulate i Penyaranda etdiyi geniş məzmunlu çıxışa və təqdimata görə səfir A.Məhərrəmova minnətdarlığını bildirib.

Sonda Fondun İdarə Heyətinin rəhbər üzvləri və tələbələrlə xatirə şəkli çəkdirilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO