DÜNYA


İsrail risk qrupuna aid insanlar üçün dördüncü vaksin dozasını təsdiqləyib

Bakı, 27 yanvar, AZƏRTAC

İsrailin Səhiyyə Nazirliyi əlavə xəstəlikləri olan və risk qrupuna daxil edilən 18 yaşdan yuxarı insanlar üçün peyvəndin dördüncü dozasını təsdiqləyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qərar 60 yaşdan yuxarı insanlar üçün vaksinin dördüncü dozasının faydası, onun üçüncü doza ilə müqayisədə infeksiyaya qarşı immuniteti iki dəfə artırdığı, xəstəliyin ağır keçirilməsi riskini isə üç-beş dəfə azaltdığı barədə məlumatlar nəzərə alınaraq qəbul edilib. Vaksinin dördüncü dozası yalnız üçüncü dozadan dörd ay sonra vurula bilər, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, İsraildə 2020-ci il dekabrın 20-dən koronavirusa qarşı kütləvi peyvənd kampaniyasına start verilib. 2021-ci il iyulun sonlarından vətəndaşlara peyvəndin üçüncü dozası, 2022-ci ilin yanvar ayının əvvəlindən isə 60 yaşdan yuxarı şəxslərə, tibb işçilərinə və risk qrupuna daxil olan pasiyentlərə peyvəndin dördüncü dozası vurulmağa başlanıb.

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, indiyə qədər ölkədə yaşayan 9,3 milyon vətəndaşın 6,68 milyonuna bir doza, 6,07 milyonuna iki doza, 4,43 milyonuna üç doza, 611 mininə isə dörd doza peyvənd vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.