Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İsrailli politoloq Arye Qut: “Əgər islam ölkələrinin bütün liderləri Azərbaycan Prezidenti İlham Əliyev kimi uzaqgörən və tolerant olsaydı, Yaxın Şərqdə münaqişə çoxdan sülh yolu ilə həll edilmiş olardı”

Bakı, 11 iyun (AZƏRTAC). Beynəlxalq “Israil-Azərbaycan” Assosiasiyası (“Azİz”) – İsrail ilə Azərbaycan arasında real körpü və strateji tərəfdaşlığın lokomotividir.

AZƏRTAC xəbər verir ki, israilli politoloq Arye Qut bu sözləri öz bloqunda “Azİz”in yaxın günlərdə Təl-Əvivdəki “Beyt-Sokolov” jurnalistlər evində başa çatmış II qurultayına yekun vuraraq yazmışdır.

Müəllif yazır: “Bu gün reallıq belədir və Azərbaycan haqlı olaraq fəxr edə bilər ki, İsraildə Azərbaycanın kifayət qədər güclü və qüdrətli diaspor təşkilatı - “Azİz” fəaliyyət göstərir”.

A.Qut yazır ki, 17-ci çağırış Knessetin deputatı, “Azİz”in ilk prezidenti Yosef Şaqal bu assosiasiyanın yaradılmasında və formalaşmasında xüsusi rol oynamışdır. Y.Şaqal xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə, Dünya Azərbaycanlılarının III qurultayı keçirilən dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilmişdir. Bundan əlavə “Azİz”in formalaşmasında və təşəkkülündə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin də xüsusi rolu olmuşdur və bu rol davam edir. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bizim tədbirlərin keçirilməsinə çox kömək edir.

Müəllif yazır: “Azİz”in qurultayı mövzusuna qayıdaraq belə bir faktı qeyd edə bilərəm ki, qurultayda İsrail hökuməti və İsrail Knesseti geniş təmsil edilmişdi. Mənə belə gəlir ki, dünyada Azərbaycan diasporunun heç də hər bir qurultayında bu cür siyasi reprezentativlik görmək və müşahidə etmək mümkün deyildir. Qurultayda İsrail hökuməti baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman, turizm naziri Stas Misejnikov və absorbsiya naziri Sofa Landver, “İsrail bizim evimizdir” partiyasının baş direktoru Faina Kirşenbaum, Knessetin deputatları Robert Tivyayev və Orit Zuarets iştirak edirdi. Bundan əlavə, baş nazirin müavini Şaul Mofaz da qurultay nümayəndələrinə təbrik göndərmişdi”.

Politoloq yazır ki, Azərbaycan-İsrail strateji tərəfdaşlığının memarı Aviqdor Liberman qurultayda çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında yüksək səviyyəli ilk görüşü xatırlamışdır. İsrail XİN başçısının fikrincə, Azərbaycan dünyada sayı çox olmayan elə yerlərdən biridir ki, orada yəhudilər özlərini öz evlərində olduğu kimi hiss edirlər. A.Liberman vurğulamışdır: “Bu gün İsrail və Azərbaycan öz siyasətlərini iki amil – dözümlülük və sağlam düşüncə amilləri əsasında qururlar. Təəssüf ki, beynəlxalq arenada bu amillərin heç biri çatışmır. Bu gün Yaxın Şərqdə baş verən və daha geniş miqyasda – Asiya və Afrika ölkələrinə yayılan hadisələr narahatlıq doğurmağa bilməz. Belə vəziyyətdə dözümlülük, sağlam düşüncə və normal, əbədi ümumbəşəri dəyərlərə əsaslanan dövlətlər arasında sıx əlaqə çox vacibdir. Mürəkkəb regionlarda yerləşən İsrail və Azərbaycan hər gün çox mürəkkəb təhdidlər və problemlərlə üzləşirlər. Heç şübhəsiz, qonşularımızla dinc yanaşı yaşamaq, münaqişələri sülh yolu ilə həll etmək, öz xalqlarımızın təhlükəsiz və normal yaşamasını təmin etmək arzusu bizi bir-birimizə yaxınlaşdırır”.

İsrailli politoloq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, “Azİz”in fəaliyyətini iki ölkə arasında real və səmərəli tərəfdaşlıq körpüsü kimi yüksək qiymətləndirmiş Nazim İbrahimovun qurultayda dediyi sözləri sitat gətirərək yazır: “Azİz” mövcud olduğu beş il ərzində Azərbaycanın maraqlarının lobbiləşdirilməsi və təbliği, Azərbaycanın müxtəlif beynəlxalq problemlərə baxışlarının təqdim edilməsi üzrə böyük iş aparmış, iki ölkənin ən müxtəlif sahələrdə yaxınlaşmasına şərait yaratmışdır”.

Müəllif yazır: “Bu təşkilatın nümayəndəsi Şimon Briman Ümumdünya Rusdilli Yəhudilər Forumunun prezidenti Aleksandr Levinin adından qeyd etmişdir ki, Müqəddəs Torpağın və Xəzər sahillərinin bir-birinə yaxınlaşması xətti 2012-ci ilin aprel ayında İsrail XİN başçısı Aviqdor Libermanın Bakıya səfəri zamanı bir daha təsdiqlənmişdir. Əgər islam ölkələrinin bütün liderləri Azərbaycan Prezidenti İlham Əliyev kimi uzaqgörən və tolerant olsaydı, Yaxın Şərqdə münaqişə çoxdan xalqlarımız arasında sülh və əməkdaşlıq yolu ilə həll edilərdi. Ümumdünya Rusdilli Yəhudilər Forumu Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi barədə İsrail Dövlətinin rəsmi mövqeyinə şərikdir”.

A.Qut öz bloqunda yazır: “Azİz”in II qurultayı bir daha sübut etdi ki, Assosiasiyanın beşillik fəaliyyəti dövründə az iş görülməmişdir. Bu təşkilat ilk növbədə əslən Azərbaycandan olan şəxslərin 70 minlik diasporunu birləşdirməyə nail olmuşdur. Assosiasiya çərçivəsində formalaşmış həmməsləklər komandası çox yaxşı başa düşür ki, “Azİz” sadəcə İsraildə Azərbaycan diasporu deyil, İsrail ilə Azərbaycan arasında real əməkdaşlıq və tərəfdaşlıq körpüsüdür. Məhz bu komanda Azərbaycanın İsraildə real təbliği ideyalarının “beyin mərkəzi” və generatorudur”.

İsrailli politoloq vurğulayır: “Məhz “Azİz”də həmməsləklər komandası amili, habelə Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi bizim İsraildə Azərbaycan naminə səmərəli və dəqiq fəaliyyət göstərməyimiz və işləməyimiz üçün çox böyük qüvvə verir. Fikrimcə, məhz İsraildə həqiqi və real Azərbaycan diasporu olan bu assosiasiyanın fəaliyyətinin əzmkar xarakteri İsraildəki ermənipərəst lobbiçiləri narahat edir və qorxudur. “Azİz”in təcrübəsi göstərir ki, bizim diaspor bütün dünyada nə qədər israrla fəaliyyət göstərsə, dünya birliyi sərt reallıqları və Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin əsl mahiyyətini bir o qədər yaxşı başa düşəcəkdir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib