CƏMİYYƏT


İstanbulda Azərbaycan dövlətinə növbəti dəstək mitinqi keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

İstanbulun Bağçılar rayonundakı Dostluq Parkında ölkəmizə dəstək mitinqi keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Hazarfem dərnəyinin sədri Nuran Acar, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Hüseynova və başqaları çıxış ediblər.

Çıxışlarda Azərbaycan dövlətinin qətiyyətli, haqlı və ədalətli mövqeyi qarşısında işğalçı Ermənistanın ölkəmizin müharibə zonasından uzaqda yerləşən şəhər və rayonlarını, mülki yaşayış məntəqələrini və obyektlərini raket zərbələrinə məruz qoyması kəskin şəkildə pislənilib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyi vurğulanıb.

Tədbir iştirakçıları müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad edəcəyinə əminliklərini bildirib, “Qarabağ Azərbaycandır!” və digər şüarları səsləndiriblər.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, şəhidlərimizin şəkillərinin nümayiş olunduğu tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin ruhuna dualar oxunub.

Mitinqə, həmçinin Bağçılar bələdiyyəsinin, müxtəlif təşkilatların rəhbərləri qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.