CƏMİYYƏT


İstanbulda “Texnofest” festivalının açılış mərasimi keçirilib

İstanbul, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də İstanbulun Atatürk Hava Limanında təşkil olunacaq IV “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə media nümayəndələrinə müsahibə verən Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar 2022-ci ildə Azərbaycanda da analoji festivalın keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Festival ərazisinə baxış keçirən S.Bayraktar müxtəlif qurumların stendləri ilə tanış olub.

Qeyd edək ki, festival sentyabrın 21-dən 26-dək davam edəcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.