QAN YADDAŞI
İstanbulda “Xocalıya ədalət!” devizi altında fotosərgi açılıb
İstanbul, 26 fevral, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulluğu Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar şəhər metrosunun “Yeni Qapı” qovşağında “Xocalıya ədalət!” devizi altında fotosərgi təşkil edib. Bu qovşaq ən çox sərnişin dövriyyəsi olan ərazidir.
AZƏRTAC xəbər verir ki, sərgidə Xocalı soyqırımının dəhşətlərini, bəşəriyyətə qarşı həmin cinayəti törədən erməni cəlladlarının vəhşiliyini əks etdirən fotolar nümayiş olunur.
Sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, Anadolu agentliyinin İstanbul bölgə müdiri Hüseyin Altınalan, bu şəhərdə yaşayan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul