Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İstanbulda keçirilən Qlobal Parlament Konfransında Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumat verilib

İstanbul, 20 iyun, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı ilə iyunun 20-də İstanbulda Qlobal Parlament Konfrans işə başlayıb. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti qlobal konfransda Azərbaycanı təmsil edir.

AZƏRTAC xəbər verir ki, “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçirilən Qlobal Parlament Konfransın açılışında rəsmi şəxslər, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Parlamentlərarası İttifaqın Prezidenti Duarte Pachecon, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayev, eləcə də IPU-ya üzv ölkələrin təmsilçiləri iştirak ediblər.

Konfransın açılışında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və Parlamentlərarası İttifaqın Prezidenti Duarte Pacheconun çıxışlarından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videomüraciətlə tədbirin işinə qatılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan müraciətində diqqətə çatdırıb ki, Türkiyə son 7 ildə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkədir. “Ümid edirəm ki, tariximizin, mədəniyyətimizin, inancımızın bizə qoyduğu bu vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyik. İkinci Dünya müharibəsindən sonra ən böyük insan axınının yaşandığı bu gün heç kim öz məsuliyyətindən qaça bilməz”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyə parlamentinin sədri Mustafa Şəntop isə çıxışında deyib: “Biz dünyanın harasında olurlarsa olsunlar, insan ləyaqəti üçün, məzlumların dərmanı olmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik. Biz qlobal miqrasiya problemi və immiqrantların problemləri üçün həll strategiyaları istiqamətində səy göstərməyə davam edəcəyik”.

Çıxışlarda bütün dünyanı təhdid edən məcburi miqrasiya insan haqlarının, hüquq və azadların pozulması kimi dəyərləndirilib. Bildirilib ki, müharibələr, münaqişələr və digər səbəblərdən tüğyan edən qaçqınlıq, məcburi miqrasiya ailələrin məhvinə, kütləvi ölümlərə, işsizliyə və aclıq kimi böyük fəlakətə səbəb olur.

Diqqətə çatdırılıb ki, beynəlxalq ictimaiyyət miqrasiya məsələlərinin arxasında dayanan problemlərə qarşı açıq şəkildə çıxmağa cəsarət etmədikcə bu məsələlər qarşısıalınmaz prosesə çevrilir.

Açılış mərasimindən sonra miqrasiya və qaçqınlara həsr edilmiş sərginin açılışı olub.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Milli Məclisin sədri Sahibə Qafarova, Parlamentlərarası İttifaqın Prezidenti Duarte Pachecon və digər iştirakçılar sərginin açılışında iştirak ediblər.

Sərgidə keçmiş Qarabağ münaqişəsinin acılarını, eləcə də Xocalı soyqırımının dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunub.

Milli Məclisin sədri Sahibə Qafarova "Beynəlxalq idarəetmə standartları, qlobal sazişlər və qlobal siyasətlərin gündəlikləri: Məqsədlər, öhdəliklər, tərəqqi və həyata keçirilməsi üçün maneələr" mövzusunda çıxış edib. Tədbirin çox mühüm bir mövzuya həsr olunduğunu deyən sədr qeyd edib ki, Türkiyənin konfransa ev sahibi kimi seçilməsi xüsusilə vacibdir. Çünki Türkiyə son illərdə miqrasiya proseslərinin idarə olunmasında əhəmiyyətli rol oynayır. O, ümidvar olduğunu bildirib ki, bu çərçivədə aparılacaq diskussiyalar dövrümüzün mühüm problemi olan miqrasiya və qaçqınlar məsələsinin həlli üçün faydalı olacaq.

Milli Məclisin sədri qeyd edib ki, miqrasiya proseslərinin idarə olunması müasir dünyada bir çox ölkələr üçün ən vacib məsələlərdən biridir. Miqrasiya həm də bir çox fayda verə bilən və imkanlar yaradan proses kimi qiymətləndirilir. Bu, cəmiyyətin inkişafı və sosial cəhətdən yeniləşməsi üçün vacib resurs kimi səciyyələndirilir.

Lakin son 20 ildə dünyada siyasi qeyri-sabitlik, sosial ədalətsizlik, mürəkkəb iqtisadi və ekoloji şərait, eləcə də silahlı münaqişələr vəziyyəti mürəkkəbləşdirib. Bu isə öz növbəsində miqrasiya anlayışına münasibətdə dəyişikliyə səbəb olub. Bir sıra hallarda multikulturalizm ideyasından imtina da bu prosesə ciddi təsir göstərib. Təəssüf ki, son 2 ildə "COVID-19" qlobal pandemiyası miqrasiyanı çətinləşdirən başqa bir amil halına gəlib.

Milli Məclis sədrinin sözlərinə görə, bu gün dünyada miqrantlar və qaçqınlarla bağlı, həmçinin bu prosesin idarə edilməsinə dair bir çox debatlar təşkil olunur, müxtəlif baxışlar təklif edilir. Təəssüf ki, hazırda miqrant və qaçqın konsepsiyaları arasındakı fərqlər getdikcə daha çox silinir. Bu isə müxtəlif ziddiyyətlərə gətirib çıxarır. Miqrantların və qaçqınların cəmiyyətə və iqtisadiyyata daha səmərəli inteqrasiyasını təmin etmək, həmçinin onların ləyaqətli, təhlükəsiz şəkildə doğma ölkələrinə qaytarılması məsələləri hələ də həllini gözləyən məsələlər sırasındadır.

Sədr Sahibə Qafarova çıxışında diqqəti, həmçinin miqrantların və qaçqınların qəbulu və yerləşdirilməsinə, onlara dəstək verilməsinə çəkib. Onun sözlərinə görə, bu məsələlərin həllində məsuliyyəti bölüşmək vacibdir. Milli Məclisin sədri bu kontekstdə Türkiyənin miqrasiya proseslərinin idarə edilməsinə öz töhfəsini verən ölkələr sırasında rolunu vurğulayıb. Qeyd edilib ki, son 10 ildə Türkiyə 4 milyondan artıq miqranta ev sahibliyi edib. Bu, sadəcə, Türkiyənin iqtisadi və sosial inkişafının nəticəsi deyil, eyni zamanda, Türkiyə cəmiyyətinin yüksək mənəvi keyfiyyətlərinin göstəricisidir. Qeyd olunub ki, Türkiyənin səyləri layiqincə qiymətləndirilməli və bu məsələdə beynəlxalq birlik tərəfindən dəstəklənməlidir.

Sədr vurğulayıb ki, müvafiq qlobal sazişlər dövlətlərə miqrantların və qaçqınların hüquqlarının qorunması üçün razılaşdırılmış addımlar atmağa, əməkdaşlığa və beynəlxalq hüquqa uyğun davranmağa çağırışdır. Onlar ayrı-ayrılıqda heç bir dövlətin bu çağırışa təkbaşına cavab verə bilməyəcəyini sübut edir və bir daha qüvvələrin birləşdirilməsinin vacibliyini göstərir.

Prosesin təşkilində parlamentlərin rolundan bəhs edən Milli Məclisin sədri qeyd edib ki, bu məsələdə qanunverici orqanlar milli hökumətlərə belə işlərin daha da yaxşı təşkil edilməsi üçün kömək edə bilər. Bütün maraqlı tərəflərlə müntəzəm müzakirələr, razılaşmalara uyğun olaraq, miqrasiya qanunvericiliyini təkmilləşdirmək bu baxımdan əhəmiyyətli ola bilər.

Çıxışında Azərbaycanın bu sahədə təcrübəsi və gördüyü işlər haqqında məlumat verən Sahibə Qafarova deyib ki, miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsi, həmçinin miqrantların hüquqlarının qorunması ölkəmizin miqrasiya siyasətinin əsas prioritetləridir. Şərqlə Qərbin geosiyasi baxımdan mühüm kəsişməsində yerləşən Azərbaycan hər zaman dinamik miqrasiya məkanı olub. Sürətli sosial-iqtisadi inkişaf, xarici investisiyalar və beynəlxalq enerji, nəqliyyat və digər layihələrin reallaşdırılması nəticəsində Azərbaycan miqrant mənbəyi olan ölkədən tranzit ölkəyə, həmçinin miqrantlar üçün təyinat nöqtəsinə çevrilib. Ölkəmizdə yüksək tolerantlıq mühitinin mövcud olması miqrasiya prosesinə təsir edən daha bir mühüm amildir. Azərbaycan miqrasiya və qaçqınlar haqqında hər iki qlobal Sazişə qoşulan ilk ölkələrdən biridir və onların icrası üçün müxtəlif tədbirlər görüb. O cümlədən qaçqınların icbari tibbi sığortasının tətbiqi, qanuni əmək hüquqlarının təmin edilməsi və ali təhsil müəssisələrində təhsil alan qaçqınların təhsil xərclərinin ödənilməsi məqsədi ilə müvafiq tədbirlər uğurla həyata keçirilib.

Azərbaycan regionda BMT–nin Miqrasiya Şəbəkəsini milli səviyyədə ilk dəfə yaratmış ölkədir. Bu, 2020-ci ilin iyul ayında həyata keçirilib. Azərbaycan, həmçinin 2020-ci ilin sentyabrında BMT-nin Miqrasiya Şəbəkəsinin himayəsi altında fəaliyyətə başlayan “Çempion ölkələr” təşəbbüsünə də qoşulub. Bundan başqa, ölkəmiz 2020-ci ildə Qlobal Miqrasiya Sazişinin həyata keçirilməsinə dair könüllü milli hesabat təqdim edib və 2022-ci ilin mart ayında hesabatı yeniləyib.

Ötən ay ölkəmiz miqrasiya üzrə birinci Beynəlxalq İcmal Forumunda 33 “Çempion ölkə”dən biri kimi iştirak edib. Azərbaycan, həmçinin forum çərçivəsində dörd dəyirmi masaya sədrlik edən 8 ölkədən biridir. Azərbaycanın əməkdaşlığın və mütəşəkkil miqrasiyanın təşviqinə sadiqliyinin daha bir vacib və aydın təzahürü Beynəlxalq Miqrasiya Təşkilatının Regional Miqrasiya Tədris Mərkəzinin təsis edilməsidir.

Milli Məclisin sədri çıxışında Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi Zəfər barədə də məlumat verib. O deyib ki, Azərbaycan bu Qələbə sayəsində öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. Bu 30 ildə bir milyona yaxın Azərbaycan vətəndaşı öz evindən didərgin düşüb. İşğalın ağır sosial və iqtisadi yüklərinə baxmayaraq, dövlətimiz qaçqın və məcburi köçkünlərin bütün ehtiyaclarını ödəmək üçün lazımi tədbirləri həyata keçirib.

Sahibə Qafarova bildirib ki, işğal olunmuş torpaqların azad edilməsi regionda yeni reallıqlar və imkanlar yaradıb. Bu Qələbə sayəsində, həmçinin məcburi köçkünlərin öz Vətəninə – Qarabağa qayıtmaq hüququ təmin olunub. Ona görə də Azərbaycan dinamik daxili miqrasiya proseslərinin astanasındadır. Eyni zamanda, bu torpaqlarda görülən bərpa-yenidənqurma işləri, eləcə də bu regionların ölkəmizin iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağ və Şərqi Zəngəzuru turizm, investisiya və yeni işgüzar müəssisələrin yaradılması üçün cəlbedici edəcək. Bu da öz növbəsində miqrasiya idarəçiliyinə yeni yanaşmaların tətbiqinə gətirib çıxaracaq, həm Azərbaycanda, həm də regionda miqrasiya proseslərində yeni dinamika yaradacaq.

Qlobal Parlament Konfransının birinci günü müzakirələrin sonunda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və Parlamentlərarası İttifaqın prezidenti Duarte Pachecon birgə brifinq keçiriblər.

Qlobal Parlament Konfransının məqsəd və vəzifələrini ümumdünya insan haqları və hüquq bərabərliyinin qorunması aspektindən dəyərləndirən tərəflər əminliklə ifadə ediblər ki, qaçqın və miqrasiya problemləri ilə bağlı parlamentarilərin fikir və mülahizələri, edilən çağırışlar dünya ictimaiyyəti tərəfindən diqqətlə qalşılanacaq. Ümumilikdə 54 ölkədən parlamentarilərin bu konfransa qatılması dünya ictimaiyyətinin qaçqın və miqrasiya probleminə göstərdiyi ciddi yanaşma kimi dəyərləndirilib.

Altı sessiyadan ibarət konfrans iyunun 21-də işini davam etdirəcək.

Böyük Millət Məclisinin sədri Mustafa Şəntop konfransın bağlanışında yekun çıxışını edəcək.

Azərbaycanı təmsil edən parlament nümayəndə heyətinə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildirlər.

Qeyd edək ki, 1889-cu ildə parlament diplomatiyası və dialoq vasitəsilə sülhün təşviqinə həsr olunmuş kiçik bir parlamentari qrupu kimi fəaliyyətə başlayan IPU o vaxtdan bəri milli parlamentlərin qlobal təşkilatına çevrilib. Hazırda 178 parlamenti, 14 assosiativ üzvü özündə birləşdirən təşkilat demokratik idarəçiliyi, institutları, dəyərləri təbliğ etməklə xalqların ehtiyac və istəklərini ifadə edən parlamentlər və parlamentarilərlə sıx əməkdaşlıq edir.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib