CƏMİYYƏT


İstehlak bazarının tənzimlənməsi qaydalarına həsr olunan konfrans keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də istehlak bazarının tənzimlənməsi qaydalarına dair Deloitte Azerbaijan şirkəti tərəfindən konfrans keçirilib. Konfransda Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas məqsədi istehlak bazarının inkişafına töhfə verən tərəflərin iştirakı ilə yerli istehsalın inkişafı, onun təşviq edilməsi və xarici iqtisadi əlaqələrin beynəlxalq təcrübədən yararlanmaqla genişləndirilməsinə dair qarşılıqlı fikir mübadiləsinin aparılması olub.

Konfransda Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov qida təhlükəsizliyi sahəsində görülən işlər və qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra sahibkarların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.