CƏMİYYƏT


İstifadə müddəti bitmiş konservləşdirilmiş məhsulların satışının qarşısı alınıb

İstifadə müddəti bitmiş konservləşdirilmiş məhsulların satışının qarşısı alınıb

Bakı, 27 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bakının Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Şamil Kamilov 16 E ünvanında fiziki şəxs Məmmədov Zaur Rasim oğluna məxsus konservləşdirilmiş mürəbbə və turşuların saxlanma anbarında (maşın qarajı) aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Yoxlama zamanı anbarın qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Anbarda saxlanılan “Nuşican” əmtəə nişanlı, mənşəyi və istehsal tarixi məlum olmayan hər biri 3 litrlik qablaşdırmada olan 523 ədəd mürəbbə, qarajın zirzəmi hissəsində saxlanılan hər biri 3 litrlik qablaşdırmada olan 2835 ədəd turşu məhsullarından müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələrin nəticələrinə əsasən istehlak üçün yararsız hesab edilən, mənşəyi və istehsal tarixi məlum olmayan məhsullar “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.