DÜNYA


İsveçdə avtomobil qəzası nəticəsində altı əcnəbi həlak olub

Bakı, 13 yanvar, AZƏRTAC

İsveçin şimalında mikroavtobusun və yük avtomobilinin toqquşması nəticəsində altı əcnəbi həlak olub.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə polisinin məlumatına görə, hadisə yanvarın 12-nə keçən gecə Kiruna şəhəri yaxınlığında baş verib.

Yol-nəqliyyat hadisəsinin səbəbi hələlik müəyyənləşməyib. Həlak olanların qohumları bu barədə məlumatlandırılıb. Hazırda İnterpolun standartlarına uyğun olaraq, ölənlərin identifikasiyası aparılır.

Qəza qurbanlarının vətəndaşlığı, yaxud milliyyəti barədə açıqlama verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.