DÜNYA


İsveçrənin əczaçılıq nəhəngi hidroksixloroxin dərmanı ilə COVID-19-a qarşı aparılan kliniki testləri dayandırıb

Bazel, 20 iyun, AZƏRTAC

İsveçrənin əczaçılıq nəhəngi “Novartis” malyariya müalicəsində istifadə olunan hidroksixloroxin dərmanı ilə COVID-19-a qarşı aparılan kliniki testləri dayandırıb.

AZƏRTAC xəbər verir ki, əczaçılıq şirkəti bu addımı beynəlxalq tövsiyələr və testlərdə iştirak etmək istəyən könüllü azlığı ilə əsaslandırıb.

Qeyd edək ki, aprel ayında ABŞ-ın Ərzaq və Əczaçılıq Administrasiyası (FDA) bu dərmanla kliniki tədqiqatların aparılmasına icazə vermişdi. Testlər xəstəxanalarda COVID-19 diaqnozu ilə müalicə alan 440 xəstə üzərində aparılmalı idi. Lakin iyunun 15-də FDA bu dərmanın kliniki tədqiqatlar üçün istifadəsinə dair icazəni ləğv edib. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı və elmi dairələr bu dərmanın ağciyər xəstəliyinə qarşı müalicədə istifadəsini tövsiyə etməyiblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bazel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.