İDMAN


İtaliya A seriyasını tərk edəcək ikinci klub müəyyənləşib

Bakı, 4 may, AZƏRTAC

Bu mövsüm İtaliya A seriyasını tərk edəcək ikinci klub müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, “Parma”dır. Komandanın 34-cü turda “Torino”ya 0:1 hesablı məğlubiyyətindən sonra elitanı tərk edəcəyi dəqiqləşib. Belə ki, turnirin bitməsinə 4 tur qalmış “Parma” 17-ci pillədə qərarlaşan “Kalyari” ilə xal fərqini 12-yə çatdırıb. Komanda şəxsi görüşlərin nəticələrində “Kalyari”yə uduzduğu üçün son turlarda qələbə qazansa belə, A seriyasında qala bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl “Krotone”nin elitanı tərk edəcəyi dəqiqləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.