DÜNYA


İtaliya “Geo Barents” humanitar gəmisindəki 237 miqrantı qəbul edib

İtaliya “Geo Barents” humanitar gəmisindəki 237 miqrantı qəbul edib

Roma, 29 yanvar, AZƏRTAC

İtaliya Sərhədsiz Həkimlər Təşkilatının Aralıq dənizində üzən humanitar gəmisindəki daha 237 miqrantı qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Geo Barents” gəmisi İtaliya Sahil Mühafizə Komandanlığının patrul gəmisinin müşayiəti ilə La Spezia limanına yan alıb. Gəmidəki miqrantlar tibbi yoxlamalardan sonra sığınacaqlara göndərilib.

Miqrantlardan 73-nün yetkinlik yaşına çatmayanlar olduğu bildirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.