DÜNYA


İtaliya hökuməti koronavirusla bağlı Rumıniya və Bolqarıstan vətəndaşlarına tətbiq olunan məhdudiyyətlərin vaxtını uzadıb

Buxarest, 7 sentyabr, AZƏRTAC

İtaliya hökuməti Rumıniya və Bolqarıstan vətəndaşlarının ölkəyə daxil olması ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin vaxtını uzadıb. AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Baş Naziri Cuzeppe Konte sərəncam imzalayıb. Sərəncamda Rumıniya və Bolqarıstan vətəndaşlarından əlavə, Moldova, Ermənistan, Şimali Makedoniya, Bosniya və Herseqovina, Serbiyadan olan vətəndaşlara da məhdudiyyətlər tətbiq olunacaq. Koronavirusa yoluxmanın qarşısını almaq üçün ölkə daxili sanitar normalara riayət edilməsi ilə əlaqədar əlavə məhdudiyyətlər də tətbiq olunur. Qapalı yerlərdə maskaların taxılması icbaridir, ictimai nəqliyyatda sərnişinlərin sayı nəqliyyat vasitəsinin tutumunun 80 faizini təşkil eləməlidir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.