SİYASƏT


İtaliya səfirliyi İrandakı səfirliyimizə silahlı hücuma münasibət bildirib

İtaliya səfirliyi İrandakı səfirliyimizə silahlı hücuma münasibət bildirib

Roma, 27 yanvar, AZƏRTAC

İtaliyanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu pisləyib.

AZƏRTAC xəbər verir ki, İtaliya səfirliyinin tviter hesabında bununla bağlı bildirilib: “Azərbaycanın Tehrandakı səfirliyinə namərd hücum bizi dərindən qəzəbləndirib. Həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Təhlükəsizlik işçilərinin çevik və cəsarətli reaksiyasına heyranlığımızı ifadə edirik”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.