DÜNYA


İtaliyada COVID-19-a yoluxma halları 43,2 faiz artıb

Roma, 28 oktyabr, AZƏRTAC

Son bir həftədə İtaliyada COVID-19 infeksiyasına yoluxma halları 43,2 faiz artıb.

AZƏRTAC xəbər verir ki, Gimbe Fondunun 20-26 oktyabr tarixlərini əhatə edən dövrdə apardığı müstəqil araşdırmaya əsasən, ölkədə COVID-19-a həftəlik 17 min 870 yoluxma halları 25 min 585-ə yüksəlib. Koronavirusla bağlı xəstəxanaya müraciət edənlərin sayında 7,5 faiz artım müşahidə olunub.

Ötən həftələrdə gündəlik orta hesabla 152 mindən çox olan COVID-19 əleyhinə peyvəndin tətbiqi isə azalıb.

Qeyd edək ki, həftənin əvvəlində İtaliyada COVID-19-a gündəlik yoluxma sayı 2000-3000 civarında idi. Son günlərdə isə bu rəqəm 4000-4500-ü ötüb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.