CƏMİYYƏT


İtaliyada təhsil alan azərbaycanlı tələbələrin İtaliya cəmiyyətinə inteqrasiyası layihəsi çərçivəsində növbəti görüş keçirilib VİDEO

Roma, 17 mart, AZƏRTAC

Romada Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “İtaliyada təhsil alan azərbaycanlı tələbələrin İtaliya cəmiyyətinə və siyasi dairələrinə inteqrasiyası” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

İtaliyanın ən böyük tələbə-gənclər təşkilatlarından bir olan “Sapienza in Movimento” təşkilatının nümayəndəsi Antonio Lodise görüşdə çıxış edərək qurumun keçirdiyi tədbirlərdən, azərbaycanlı tələbələrin təşkilatda təmsilçiliyindən, reallaşdırılan layihələrdən danışıb.

AISEC Roma təşkilatının komitə sədri Anastasia Granito İtaliyada və xaricdə icra edilən təcrübə proqramlarından söhbət açıb.

MSOI, SIOI və UNYA İtaliya təşkilatlarının koordinatoru Ancela Şikitano azərbaycanlı tələbələrdə yüksək potensialın olduğunu, bu potensialı doğru istiqamətə yönəldərək daha böyük uğurlar qazanmağın mümkünlüyünü bildirib. UNYA İtaliya tərəfindən təklif olunan iki təqaüd proqramının azərbaycanlılar üçün nəzərdə tutulduğunu bildirən Ancela Şikitano tələbələrin iştirakı ilə keçirilən startup layihələri haqqında məlumat verib.

Sonra görüşdə suallar cavablandırılıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.