İDMAN


İtaliyada uğurla çıxış edən paralimpiyaçılarımız Vətənə qayıdıblar

Bakı, 29 oktyabr, AZƏRTAC

İtaliyada boccia idman növü üzrə açıq regional turnirdə uğurla çıxış edən Paralimpiya milli komandamız oktyabrın 29-da Vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Milli Paralimpiya Komitəsinin, Boccia Federasiyasının əməkdaşları və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, şəxsi yarışlarda idmançımız Bəhruz Mirzəyev BC4 kateqoriyasında qızıl, komanda yarışlarında isə millimiz bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.