DÜNYA


İvanka Tramp: Yaxın Şərqdə qadın hüquqları üzrə mühüm islahatlar həyata keçirilir

Bakı, 17 fevral, AZƏRTAC

Dubayda keçirilən Qlobal Qadın Forumunda çıxış edən ABŞ Prezidentinin qızı və müşaviri İvanka Tramp bildirib ki, Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qadın hüquqları üzrə mühüm islahatlar həyata keçirilir.

AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, İ.Tramp Səudiyyə Ərəbistanında qadınlara xarici ölkələrə təkbaşına səyahət etməyə və kişilərin icazəsi olmadan pasport almağa şərait yaradan son qanunları yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu ölkənin 2030-cu ilədək qeyri-neft sektorunda inkişaf hədəflərində qadın sahibkarlara xüsusi yer ayrılıb. Hökumətin planında qadınların işlə təmin olunması səviyyəsinin 22 faizdən 30 faizə çatdırılması nəzərdə tutulur.

Yaxın Şərq ölkələrində qadın hüquqlarının yaxşılaşdığını diqqətə çatdıran ABŞ rəsmisi əlavə edib ki, Bəhreyndə iş yerlərində qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair qanun layihəsi qəbul edilib, İordaniyada isə zərif cinsin nümayəndələrinin gecə saatlarında çalışması qadağan edilib. Mərakeş hökuməti qadınlara torpaq mülkiyyəti hüququ verən sənəd, Tunis isə onların məişət zorakılığına qarşı müdafiəsi üzrə qanun hazırlayıb. İ.Tramp əlavə edib ki, bütün bunlarla yanaşı, Yaxın Şərqdə qadınlar hələ də kişilərin malik olduğu hüquqların yarısına sahibdirlər. “Biz bilirik ki, cəmiyyətdə və ailədə azad olan qadın ölkənin çiçəklənməsi və dövlətin qüdrətli olmasına töhfə verir”, -deyə o əlavə edib.

İ.Trampın forumda çıxışını zalda Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum, Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd Əl Məktum, Dünya Bankının prezidenti Devid Malpass və Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva dinləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.