İQTİSADİYYAT


İxracatçılar Klubunun “Worldfood 2020” sərgisində iştirak edəcək sahibkarlarla görüşü keçirilib

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun Moskvadakı "Worldfood 2020" beynəlxalq sərgisində iştirak edəcək sahibkarlarla onlayn formatında görüşü keçirilib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, 30-dək şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə ixracın təşviqi, ixrac qabiliyyətli məhsulların beynəlxalq bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, "Worldfood 2020" sərgisi, eləcə də sərgidə iştirak qaydaları barədə məlumat verilib. Şirkətlərin pandemiya səbəbi ilə ixrac zamanı xarici bazarlarda üzləşdikləri çətinliklərlə bağlı İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən göstərilən dəstək mexanizmləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ixrac prosedurları ilə bağlı sahibkarlara maraqlı olan məsələlər müzakirə edilib, AZPROMO-nun bu istiqamətdə göstərdiyi xidmətlər haqqında məlumat verilib və sahibkarların sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.