ELM VƏ TƏHSİL
“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”adlı vəsaitlər nəşr edilib
Bakı, 26 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) II və III ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaları nəşr edib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.
Diqqətə çatdırılır ki, I və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar artıq satışdadır.
Jurnalı iyulun 27-dən etibarən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m. ünvanlarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Nəşrlərin elektron versiyasını iyulun 27-dən etibarən (pdf formatında) TQDK-nın saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).