İQTİSADİYYAT


İyul ayı ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 425 vətəndaş müraciət edib

Bakı, 9 avqust, AZƏRTAC

Cari ilin iyul ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 425 müraciət daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 17-si məlumat xarakterli olmaqla 373 müraciət edilib.

Təbii qaz təchizatı ilə bağlı 5-i məlumat xarakterli olmaqla 40 müraciət olunub.

İstilik təchizatı ilə bağlı 1 müraciət edilib. Digər məsələlərlə bağlı isə 11 müraciət göndərilib.

Müraciətlərdən 163-ü agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (1 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 238 müraciət hazırda baxılma prosesindədir, 22 məlumat xarakterli müraciətdən 9-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.