İQTİSADİYYAT
İyulda SOCAR 27 min tonadək dizel yanacağı ixrac edib
Bakı, 1 avqust, AZƏRTAC
SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi bu ilin iyulunda 26 min 754 ton dizel yanacağı, 4 min 801 ton təyyarə yanacağı, 8 min 904 ton yüksək təzyiqli polietilen, 1270 ton mütləqləşdirilmiş izopropil spirti, 3 min 618 ton propilen və 3 min 185 ton butilen butadien fraksiyası ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-iyul aylarında 415 min 978 ton dizel yanacağı, 133 min 539 ton təyyarə yanacağı, 2 min 298 ton soba mazutu, 55 min 800 ton yüksək təzyiqli polietilen, 8 min 655 ton mütləqləşdirilmiş izopropil spirti, 35 min 215 ton maye piroliz qətranı, 28 min 171 ton propilen və 13 min 271 ton butilen butadien fraksiyası ixrac olunub.
İyulda dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 440,30 ABŞ dollar, təyyarə yanacağının - 419,26 dollar, dizel yanacağının - 389,43 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 243,33 dollar, yüksək təzyiqli polietilen 1160 dollar, butilen butadien fraksiyası 440,57 dollar, maye piroliz qətranının - 440,30 dollar, propilen 670 avro, mütləqləşdirilmiş izopropil spirti 920 avro təşkil edib.