SİYASƏT
İyulun birinci ongünlüyündə MDB çərçivəsində bir sıra ekspert iclasları keçiriləcəkdir
Minsk, 30 iyun (AZƏRTAC). Minskdən, MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun birinci ongünlüyündə Birlik çərçivəsində bir sıra ekspert iclasları keçiriləcəkdir.
İyulun 1-4-də Rusiyanın Petrozavodsk şəhərində MDB-nin iştirakçısı olan ölkələrin meşə-sənaye kompleksi və meşə təsərrüfatı üzrə Hökumətlərarası Şurasının 14-cü iclası keçiriləcəkdir.
İyulun 4-də Qazaxıstanın paytaxtı Astanada RF-nin müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcəkdir.
İyulun 10-da MDB-nin Minskdəki iqamətgahında Birlik dövlətləri başçılarının 1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70-ci ildönümü ilə əlaqədar Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin xalqlarına və dünya birliyinə Müraciəti və onun haqqında Qərar layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçiriləcəkdir.
İyulun 10-11-də isə ekspertlər Birlik ölkələrinin ərazilərində əməkçi-miqrantların elektron kartının tətbiqinə dair əməkdaşlıq haqqında Saziş layihəsini tamamlayacaqlar.
Zeynal Ağazadə
AZƏRTAC–ın xüsusi müxbiri
Minsk