DÜNYA


İzmirdə 78 qaçqın saxlanılıb

Ankara, 19 may, AZƏRTAC

İzmirin Seferihisar və Selçuk rayonlarının sahil sularında qaçqınları daşıyan iki rezin qayıq saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Sahil Mühafizə Xidmətinin təyyarəsi tərəfindən aşkar edilən qayıqlarda aralarında qadın və uşaqların da olduğu 78 nəfər saxlanılıb. Qayıqlar sahilə çəkilib. Qanunsuz yolla Türkiyə ərazisinə daxil olan adamlar yerli miqrasiya İdarəsinə təhvil verilib. On ölkədən olan qaçqınların öz ölkələrinə deportasiya olunacağı gözlənilir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.