Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Jalə Əliyeva: Ötən həftənin üç əhəmiyyətli məqamı

Jalə Əliyeva: Ötən həftənin üç əhəmiyyətli məqamı

Bakı, 26 yanvar, AZƏRTAC 

Son bir həftə ölkəmizdə yenə bir neçə xüsusi məqamla yadda qaldı.

Birinci məqam - Prezidentin Fərmanı.

Hər kəsə məlumdur ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycanına, insanına, ruhuna qovuşmuş Qarabağımızın bərpası, yenidən əvvəlki vəziyyətinə qaytarılması, dirçəldilməsi yolunda Müzəffər Ali Baş Komandanın tapşırıq, göstəriş və tövsiyələri ilə mühüm addımlar atılmağa başlanılıb…

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva AZƏRTAC-a bildirib ki, bu addımlar sırasında Qarabağ Dirçəliş Fondunun yaradılmasını, icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə bağlı müvafiq şöbənin təşkil edilməsinin nəzərdə tutulmasını, Füzuli-Şuşa yolunun çəkilməsini, Füzuli aeroportunun təməlinin qoyulmasını xüsusilə qeyd etmək lazımdır.

Artıq bu sıraya daha bir yenisi əlavə olunub. Bu da ölkə Prezidentinin yanvarın 21-də imzaladığı Fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edilməsi məsələsidir.

Həmin Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin təsis edilməsi nəzərdə tutulur. Həmçinin Fərmanla müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edəcəklər. Eyni zamanda, xüsusi nümayəndələr Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirəcəklər.

Bəli, bunun özü Zəfərimizə növbəti Zəfər, uğurumuza daha bir uğur qatılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Bunun özü Qarabağımıza bir daha övlad yanğısı, sevgisi ilə sarılmağımızın, ona əvvəlkindən də daha çox sahiblənməyimizin təcəssümüdür, təntənəsidir.

Bu, bir daha “Qarabağ bizimdir, heç zaman bizim olmadığı qədər bizimdir”, “Qarabağ Azərbaycandır” deməyimizin, onu bir daha təsdiqləməyimizin ifadəsidir. Bəli, son Fərman Qarabağımızın bərpası, dirçəldilməsi, onun idarəetməsinin daha yüksək səviyyədə təmin və təşkil edilməsi baxımından çox önəmli və əhəmiyyətlidir.

Bunun müsbət töhfələri mütləqdir, qaçılmazdır və çox da zaman tələb etməyəcək.

İkinci məqam-Qardaşları bir daha yaxınlaşdıran “Dostluq” layihəsi.

Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bütün ölkələrlə, xüsusilə qonşu, dost, qardaş ölkələrlə sıx əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlik münasibətlərinə üstünlük verib. Hər zaman bu istiqamətdə də səmimi niyyətlərini və addımlarını ortaya qoyub. Belə ölkələrdən biri də Xəzərin o tayında olan qardaş və dost Türkmənistandır. 2018-ci ildə Aktauda Xəzəryanı dövlətlərin başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması, həmin ilin payızında Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verdi. Bu il yanvarın 21-də imzalanmış Anlaşma Memorandumu isə ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərini daha da möhkəmləndirdi.

Belə ki, həmin gün Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi. Görüşün yekunu olaraq isə tarixi anlaşma-imzalanma mərasimi baş tutdu, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Bu, çox böyük tarixi hadisədir, nailiyyətdir. Bu, 44 günlük Zəfərin davamıdır, bu, daha bir Qələbə müjdəmizdir. Bu Qələbənin həm də iki qalibi var, burada uduzan yoxdur, burada yalnız və yalnız qazanan var. Qalib də, qazanan da iki qardaş və dost - Azərbaycan və Türkmən xalqları, Azərbaycan və Türkmənistan dövlətləridir.

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir, Xəzər ölkələrimiz arasında təbii sərhəd olmasına baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək.

Qeyd olunduğu kimi, Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Belə ki, bizim müstəqil dövlətlərə çevrilməyimizdən hələ 30 il keçməyib, lakin bu illər ərzində çox böyük uğurlar qazana bilmişik. Bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsində çox mühüm məsələləri həll edirik. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq. Onlar bu ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik. Prezidentimizin də bəyan etdiyi kimi, beləliklə, biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq. Yaşasın, Azərbaycan-Türkmən dostluq və qardaşlığı, yaşasın, Azərbaycan-Türkmənistan dostluq, qardaşlıq və “Dostluğ”u!

Üçüncü məqam-şəhidlərimizə, qazilərimizə daha bir dövlət qayğısı, diqqəti.

Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə də şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, əlilləri və qazilərinə diqqət, qayğı əsas prioritetlərdən olub. İstər ölkə Prezidenti, istərsə də onun ən yaxın, ən sadiq silahdaşı-Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, Qarabağ savaşı əlillərinə, qazilərinə, veteranlarına xüsusi münasibətləri, həssaslıqları və sevgiləri ilə seçiliblər, daim onların yanlarında olublar. Elə son zamanlarda yaradılan YAŞAT Fondu bu diqqət və qayğının, bu həssas münasibətin əyani nümunəsidir.

Bu istiqamətdə daha bir addım kimi 25 yanvar tarixində ölkə Prezidenti tərəfindən imzalanan növbəti Sərəncamı göstərmək olar. Belə ki, dövlət başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb ki, burada da Vətən müharibəsi əlilləri və şəhid ailələrinin 5 il ərzində mərhələlərlə mənzillərlə təmin olunması nəzərdə tutulur.

Ümumiyyətlə, Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirmək tapşırılır: 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydə alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə qeydə alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş , yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydə alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

Sərəncamla yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, göstərilən şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamda göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

Bəli, bunun özü də daha bir diqqət və daha bir qayğı nümunəsidir.

Ötən illər ərzində yüzlərlə, minlərlə Şəhid ailəsi, Qarabağ əlili, veteranı və qazisi evlərlə, mənzillərlə təmin olunublar, həmin mənzillərin açılış mərasimləri keçirilib və bir neçəsində də şəxsən ölkə rəhbəri və birinci xanım iştirak edib, öz xeyir-dualarını veriblər.

Budəfəki Sərəncamla da bir daha şəhid ailələri və Böyük Vətən müharibəsi əlillərinin, qazilərinin mənzillərlə təmin olunması nəzərdə tutulur ki, bu da qəhrəman Vətən övladlarının kimlərdənsə asılı olmaması, dövlətin himayəsi, nəzarəti və qanadı altında olması deməkdir. Əsl dövlət və dövlətçilik nümunəsidir budur. Dövlətə və dövlətimizə də yaraşan budur, onu güclü edən də elə budur - öz vətəndaşına, öz insanına, baş tacı olan övladlarına sonuna qədər sahiblənmək, onları öz əzəmətli qanadları altına toplamaq! Var olsun, yaşasın, belə dövlət!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO