İDMAN


Julien Vanders yarımmarafon üzrə Avropa rekordunu yeniləyib

Bakı, 14 fevral, AZƏRTAC

İsveçrəli atlet Julien Vanders yarımmarafon yarışında yeni Avropa rekordu müəyyənləşdirib.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, 22 yaşlı atlet Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarımmarafon yarışında 59 dəqiqə 13 saniyə nəticə ilə qalib gəlib. O, bu nəticə ilə britaniyalı Mo Faraha məxsus əvvəlki rekordu (59 dəqiqə 32 saniyə) yeniləyib.

Julien Vanders yarışda keniyalı Stefan Kiprop (58:42) və efiopiyalı idmançılar Abadi Hadis (58:44) və Fikad Haftudan (59:08) sonra dördüncü pillədə qərarlaşsa da onun nəticəsi Avropa rekordu olub. Atlet bu barədə deyib: “Yeganə çatışmayan cəhət mənim dördüncü yeri tutmağım oldu. Mükafatçılar kürsüsündə yer almasam da, bu göstəriciyə görə çox şadam”.

Julien Vanders İsveçrə çempionatlarında üç dəfə qızıl medala layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.