SİYASƏT
KAMRAN MİKAYILOVUN ÇIXIŞI
Prezidentimizin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 1998-ci ildən təhsil islahatına başlanıldığını, nəticədə təhsilimizin tənəzzül və durğunluqdan xilas olaraq dinamik inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdıran natiq vurğuladı ki, respublikamızın hər yerində olduğu kimi, Qusar rayonunda da təhsil islahatının həyata keçirilməsində böyük nailiyyətlər əldə olunmuşdur. Qarşıdan gələn prezident seçkilərində bütün ziyalı qüvvələr xalqımızın böyük oğlu, nadir tarixi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməli, onu dəstəkləməli, sülhə, sabitliyə, iqtisadi və mədəni tərəqqiyə səs verməlidir. Biz ölkəmizin tərəqqisinə mane olan dağıdıcı, əqidəsiz qüvvələri ideya-siyasi cəhətdən darmadağın edib tarixin zibilliyinə atmalıyıq.
Azərbaycan gəncliyinin lideri, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilməsi Heydər Əliyev siyasi məktəbinin böyük uğuru, Azərbaycan diplomatiyasının tarixi qələbəsidir. Quba-Qusar-Xaçmaz bölgəsinin bütün seçiciləri “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşularaq, növbəti prezident seçkilərində ən layiqli namizəd olan Heydər Əliyevə yekdilliklə səs verəcək, onu yenidən ölkəmizə rəhbər seçəcəklər.