İQTİSADİYYAT


KİÇİK VƏ ORTA SAHİBKARLARA DAHA 2 MİLYARD MANAT KREDİT VERİLƏCƏKDİR

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının kredit komitəsi bu barədə qərar qəbul etmişdir.

Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, kənd yerlərində sahibkarlıqla məşqul olan iş adamlarına ilin sonunadək 3,5 milyard manat kredit veriləcəkdir. İndiyədək 40-dək sahibkar bu qurumdan 1,6 milyard manat kredit almışdır.

Kredit verilərkən, əsasən, gəlir götürmək ehtimalı çox olan, əlavə iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi inkişafına xidmət göstərən layihələrə üstünlük verilir.

Kreditlərdən səmərəli istifadə etmək, sahibkarların müraciətlərini düzgün qiymətləndirmək məqsədilə “Aqrarkredit” təşkilatında kredit mütəxəssisləri üçün məşğələlər keçirilir. Bundan əlavə, təşkilatda kreditlər üzrə məlumat-informasiya sistemi də yaradılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.