DÜNYA


KİV: Britaniyanın Baş nazir Boris Conson istefaya gedir

Bakı, 7 iyul, AZƏRTAC

Böyük Britaniya hökumətinin başçısı Boris Conson istefa ərizəsi yazır və yaxın saatlarda xalq qarşısında çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə BBC yayım korporasiyası, ITV, Sky News telekanalları və The Times qəzeti baş nazirə yaxın dairələrə istinadla məlumat yayıb.

Sky News telekanalının xəbərinə görə, Baş nazirin dəftərxanası Boris Consonun gün ərzində britaniyalılara müraciətlə çıxış edəcəyini təsdiqləyib.

Xatırladaq ki, dünən Conson kabinetinin bir qrup üzvü ona müraciət edərək yenidən etimadsızlıq votumunu gözləmədən könüllü istefa verməyə çağırmışdı. Baş nazir isə buna rədd cavabı vermişdi.

Bu gün səhər Britaniya hökumətində yeni istefalar baş verib və son iki sutkada Baş nazirin komandasını tərk edən siyasətçilərin sayı 60-a yaxınlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.