DÜNYA


KİV: Ermənistanda baş qərargah rəisinin həbsinə hazırlıq gedir

Bakı, 3 mart, AZƏRTAC

Ermənistan hüquq-mühafizə orqanları silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanı həbs etmək üçün əsas hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın “00” internet-nəşri məlumat yayıb. Məlumatda hökumətdəki mənbələrə istinadla Qasparyana qarşı cinayət işi açılmasına dair siyasi komanda verildiyi bildirilir.

Hələlik digər mənbələrdən bu barədə informasiya verilməyib.

Ermənistanda son günlər dərin siyasi böhran hökm sürməkdədir. Böhrana baş qərargahın baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edən bəyanatı və bunun ardınca baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən azad edilməsi səbəb olub. Daha sonra Paşinyan baş qərargah rəisi Onik Qasparyanın da vəzifəsindən kənarlaşdırılması təklifi ilə prezidentə iki dəfə müraciət edib. Lakin prezident hər iki halda bu barədə sərəncam imzalamaqdan boyun qaçırıb.

Paşinyan martın 1-də respublika meydanında keçirilən mitinqdə çıxışı zamanı sabiq prezident Serj Sarkisyanı və keçmiş hakimiyyəti ordunu qanuni hakimiyyətin əleyhinə qaldırmağa cəhd göstərməkdə ittiham edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.