DÜNYA
KİYEV BAYRAMA HAZIRLAŞIR
Kiyev şəhərinin başçısı Aleksandr Omelçenkonun imzaladığı sərəncama əsasən, təşkilat komitəsi, eləcə də ümumşəhər tədbirlərinin hazırlanması və keçirilməsi proqramı təsdiq edilmişdir.
Oktyabrın 28-də və noyabrın 6-da müharibə veteranları Kiyevdə, şəhərin mərkəzi prospekti olan Kreşşatikdən və İstiqlaliyyət meydanından keçəcəklər. Elə buradaca radiotranslyasiya vasitəsilə hərbi-vətənpərvərlik mövzusunda musiqi əsərləri səsləndiriləcəkdir.
Bundan başqa, veteranların və paytaxt məktəblilərinin iştirakı ilə “Nəsillərin yarışı” şahmat turniri keçiriləcəkdir.
Mədəniyyət, incəsənət, abidələrin qorunması idarələri şəhər hərbi komissarlığı ilə birgə abidələri, hərbi xatirə obyektlərini və ikinci Dünya müharibəsi illərində həlak olmuş əsgərlərin məzarlarını səliqə-sahmana salacaqlar.