İQTİSADİYYAT


KOBİA: Sahibkarların müraciətləri əsasında 6 sahə üzrə daxili bazar araşdırmaları aparılıb

KOBİA: Sahibkarların müraciətləri əsasında 6 sahə üzrə daxili bazar araşdırmaları aparılıb

Bakı, 19 yanvar, AZƏRTAC

2022-ci ildə sahibkarların müraciətləri əsasında 6 sahə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə 1 sahə üzrə daxili bazar araşdırmaları aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

KOBİA sədri qeyd edib ki, daxili bazar araşdırması mexanizmi çərçivəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanıb. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Dəstək məbləğinin maksimal məbləği 20 min manata qədərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.