REGİONLAR
KÜRDƏMİRDƏ REGİONAL AQRAR ELM MƏRKƏZİ ÜÇÜN OBYEKTLƏR İSTİFADƏYƏ VERİLMİŞDİR
Nazir mərkəzin formalaşmasında, Azərbaycan aqrar elminin beynəlxalq elmə inteqrasiyasında, qabaqcıl təcrübənin respublikamıza gətirilməsində akademik Cəlal Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Dünya şöhrətli alimin yaratdığı yüksək məhsuldar taxıl sortlarının Kürdəmir Regional Aqrar Elm Mərkəzinin əhatə etdiyi Şirvan bölgəsində də uğurla tətbiq edildiyini söyləmişdir.
Azərbaycan Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev elm mərkəzi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirmiş, elmi nəticələrin nümayiş etdirilməsi, fermerlərin problemlərinin öyrənilərək tədqiqat mövzularına çevrilməsi, elmi əsaslarla toxum və ting materiallarının istehsalı sahəsində görülən işlər barədə məlumat vermişdir.
Mərasim iştirakçıları yeni inzibati binaya baxmış, şöbələrlə tanış olmuşlar.