DÜNYA


KXDR-in Qış Olimpiya Oyunlarında iştirakının xərcini Cənubi Koreya ödəyəcək

Bakı, 14 fevral, AZƏRTAC

KXDR-in Qış Olimpiya Oyunlarında iştirakı üçün xərclənəcək 2,86 milyon dolları Koreya Respublikası ödəyəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ölkələrin Birləşməsi Nazirliyi vəsaitin şimalla əməkdaşlıq üzrə komissiyanın büdcəsindən ayrılacağını bildirib. “KXDR-in təxminən 300 nəfərlik nümayəndə heyətinə, həmçinin müştərək mədəni əməkdaşlıq layihələrinə maliyyə yardımı göstəriləcək”, - deyə məlumatda vurğulanır. Həmçinin qeyd olunur ki, Şimali Koreya nümayəndələrinin Qış Olimpiya Oyunlarında iştirakı hər iki dövlətin münasibətlərinin tənzimlənməsi üçün gözəl imkanlar yaradır və Koreya yarımadasında sülhün qapısını açır.

Nazirlikdə, eyni zamanda, hesab edirlər ki, Cənubi Koreyanın bu qərarı KXDR-in nüvə-raket proqramına qarşı beynəlxalq və birtərəfli sanksiyaları pozmur.

Qeyd edək ki, buy ilin əvvəlindən Şimal tərəfinin təşəbbüsü ilə Seul və Pxenyan arasında münasibətlər mülayimləşməyə başlayıb. Tərəflər Şimali Koreya idmançılarının, məmurlarının və artistlərinin Pxençanda keçirilən Qış Oyunlarına göndərilməsi barədə razılığa gəliblər. Sonradan Beynəlxalq Olimpiya Komitəsi Oyunlarda KXDR idmançılarının iştirakı üçün xüsusi kvota ayırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.