DÜNYA


Kaliforniya ştatında bara silahlı hücum nəticəsində azı 13 nəfər həlak olub

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 7-dən 8-nə keçən gecə ABŞ-ın Tayzend-Ouks şəhərində (Kaliforniya ştatı) naməlum şəxsin bara hücumu nəticəsində azı 13 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli polisin şerifi Ceff Din CNN telekanalı ilə yayımlanan mətbuat konfransında məlumat verib. Ölənlər arasında polis serjantının da olduğu bildirilir. Hücum edən şəxs azı 30 atəş açıb.

Hadisə zamanı barda bir neçə yüz insan olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.