SİYASƏT


Kamal Abdullayev: 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi dünya ictimaiyyətinə çağırışdır VİDEO

Bakı, 13 fevral, Əsəd Məmmədov, AZƏRTAC

Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi fevralın 13-də işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirənin ikinci günündə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizminin inkişaf perspektivləri” mövzusunda çıxış edib.

Kamal Abdullayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə uzaqgörən siyasi həssaslıq nümayiş etdirərək, 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bunun son dərəcə böyük əhəmiyyəti var. Bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edir. “Azərbaycan Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dünya ictimaiyyətinə, intellektual qüvvələrə bir çağırışdır. Dövlətimizin başçısı düşünülmüş bu addımı atmaqla Azərbaycan xalqının indiyə qədər yaşatdığı və bundan sonra da yaşadacağı dəyərləri elan etdi. Bu multikultural dəyərlər hansılardır? Mərhəmət hissi, başqasının halına acıma hissi, başqasını özündən seçməmək hissi. Bu, bizim xalqımıza xas dəyərlərdir”, - deyə K.Abdullayev vurğulayıb.

Dövlət müşaviri qeyd edib ki, multikulturalizm məna etibarilə çoxmədəniyyətlilik deməkdir. Yəni, çoxmədəniyyətli bir cəmiyyətdə bu, çoxmədəniyyətliliyin daşıyıcılarının bir-birinin yanında normal şəkildə yaşamaları deməkdir. Bu, bizim üçün həyat tərzidir. Amma xaricdə bu hal qəribə qarşılanır. Multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.