MƏDƏNİYYƏT


Kapelhausda Rəna İsmayılovanın konserti olub

Bakı, 22 may, AZƏRTAC

Kapelhausda Azərbaycanın Əməkdar Artisti, orqançalan və pedaqoq Rəna İsmayılovanın konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertin əvvəlində Əməkdar İncəsənət Xadimi, Bakı Musiqi Akademiyasının professoru Həcər Babayeva R.İsmayılovanın yaradıcılıq yolu barədə qısa məlumat verib.

R.İsmayılova Əməkdar İncəsənət Xadimi Nəcəfqulu İsmayılovun və Xalq Artisti Güllü Mustafayevin ailəsində anadan olub. Azərbaycan Konservatoriyasını istedadlı orqançalan, professor Zara Cəfərovanın sinfi üzrə bitirdikdən sonra təhsilini Moskva Konservatoriyasının aspiranturasında professor Leonid Royzmanın sinfində davam etdirib.

Uzun illər Bakıda yaşayıb. Avropanın bir çox şəhərlərində konsert səfərlərində olub, konservatoriyanın orqan musiqisi sinfində dərs deyib.

Hazırda R.İsmayılova Almaniyanın Köln şəhərində yaşayır və Almaniya şəhərlərində konsert verməyə davam edir. Rəna xanım Azərbaycan bəstəkarları tərəfindən orqan üçün yazılmış əsərlərin demək olar hamısının ilk ifaçısıdır. Bundan əlavə, o, iki cilddə dünya və Azərbaycan klassik musiqi əsərlərinin orqan üçün uyğunlaşdırmalarını və transkripsiyalarını hazırlayıb.

R.İsmayılova Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsertdə bəstəkarın “Don Kixot” simfonik qravürlərindən iki fraqment, Vasif Adıgözəlovun “Muğam-fantaziya”, Firəngiz Əlizadənin “Fantaziya”, Aqşin Əlizadənin “Muğam melodiyaları” əsərlərini, Elnarə Dadaşovanın variasiyalarını, Cəlal Abbasovun “Qara Qarayevin xatirəsinə postlüdiya” əsərini və Azərbaycan bəstəkarlarının digər əsərlərini ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.