İQTİSADİYYAT


Kapital Bazarı üzrə Təlim Mərkəzi və Bakı Dövlət Universitetinin iqtisadi kibernetika kafedrası arasında anlaşma memorandumu imzalanıb

Bakı, 27 avqust (AZƏRTAC). Avqustun 27-də Qiymətli Kağızlar üzrə Dövlət Komitənin Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) ilə Bakı Dövlət Universitetinin (BDU) iqtisadi kibernetika kafedrası arasında anlaşma memorandumu imzalanıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, memorandumda gələcəkdə birgə əməkdaşlıq çərçivəsində kapital bazarı üzrə tədrisin təşkili, aparılması və ona dair vacib məsələlərin həyata keçirilməsi nəzərdə tutulub.

Sənədə əsasən maliyyə və qiymətli kağızlar bazarları üzrə tədris materiallarının təkmilləşdirilməsi və informasiya texnologiyaları üzrə müəyyən bilik bazasının formalaşdırılması, habelə ayrı-ayrı istiqamətlərdə peşəkar təlimlərin təşkil olunması qeyd edilib.

KBTM ilə BDU-nun iqtisadi kibernetika kafedrası arasında imzalanmış memorandum çərçivəsində gələcəkdə kapital bazarları sahəsində biliklərin tədrisi və müştərək layihələrin hazırlanması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.